Cavanşir küçəsi təmir olunur

Xətai rayonu Cavanşir küçəsində təmir işləri görülür. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən küçənin uzunluğu 1300 metr, ortalama eni isə 12.5 metrdir.

Xətai rayonu Cavanşir küçəsində təmir işləri görülür. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən küçənin uzunluğu 1300 metr, ortalama eni isə 12.5 metrdir.

təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Hazırda küçə boyu 2500 paqon-metr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır. Bundan başqa yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilir. Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 18 min m2 sahənin asfaltlanması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31