Londonda müdafiə nazirlərinin görüşü keçirilir

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir. Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon tərəfindən keçirilir. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır. Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31