"Beynəlxalq Sülh günü" ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Gəncə şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 21 sentyabr "Beynəlxalq Sülh günü" ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub. GİN-dən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi Azər İbrahimov, İdarənin əməkdaşları, şəhərin universitet və kolleclərindən ümumilikdə 25 nəfər tələbə-gənc iştirak edib. Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi çıxış edərək qeyd edib ki, 21 sentyabr beynəlxalq sülh günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Ama lazım gələrsə öz güclü ordusu ilə işğal altında olan torpaqlarını müharibə yolu ilə qaytarmağa hazırdır.

Gəncə şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 21 sentyabr "Beynəlxalq Sülh günü" ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub. GİN-dən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi Azər İbrahimov, İdarənin əməkdaşları, şəhərin universitet və kolleclərindən ümumilikdə 25 nəfər tələbə-gənc iştirak edib. Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi çıxış edərək qeyd edib ki, 21 sentyabr beynəlxalq sülh günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Ama lazım gələrsə öz güclü ordusu ilə işğal altında olan torpaqlarını müharibə yolu ilə qaytarmağa hazırdır.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək bildirdi ki, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olunur. Bu aylıq çərçivəsində "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət

Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31