Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-27 sentyabr tarixləriində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.
7 Sentyabr 2016 15:09 SosialHeydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-27 sentyabr tarixləriində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, on gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər - "Orfeon" xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurur.