Körpələr arasında iməkləmə yarışı keçirildi

6-9 aylıq 100-dən çox körpə 7 metr uzunluğundakı sahədə iməkləmə yarışında güclərini sınayıb. 

6-9 aylıq 100-dən çox körpə 7 metr uzunluğundakı sahədə iməkləmə yarışında güclərini sınayıb. 

Ətraf mühiti toxunaraq öyrənməyə çalışan hər bir kiçik insan üçün iməkləmə təbii və vacib bir ehtiyac sayılır. Moskvada toplanan 6-9 aylıq bir-birindən şirin 100-dən çox körpə isə iməkləmə yarışına qatılıb. 7 metr uzunluğundakı yarış sahəsini daha sürətli iməkləmək üçün "tər tökən" balaca idmançıların köməyinə oyuncaqlar, süd şüşələri, televizor pultları, cib telefonları, smartfon və noutbuklar gəlib. Onlar həmin əşyalara tez çatmağa çalışıblar. Bəzi yarış iştirakçılarının iməkləmə yerinə sürünməsi, bəzilərinin isə ayağa qalxıb addımlamağa çalışması da gözdən qaçmayıb.

Tamaşaçılara sevincli anlar yaşadan yarış iştirakçılarının valideynləri isə onların finişə tez çatmaları üçün hər cür yola əl ataraq körpələrdən daha çox həyəcanlanıblar. Gərgin keçən yarışda birinci yeri qızlar arasında 53 saniyə nəticə ilə Ulyana Nosova, oğlanlar arasında isə 27 saniyə ilə Fyodr Kuznetsov qazanıb. 

Xatırladaq ki, bu, Rusiya tarixindəki ən maraqlı hadisələr bölümündə yer alan xəbərlərdən biridir.(musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31