Ürəyinizin sağlam olmasını istəyirsinizsə, mərci yeyin - 6 FAYDASI

Mərci çox faydalı bitki növüdür. Ondan müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir. Aile.lent.az deyerler.org-a istinadən mərcinin faydalarını bu cür sıralayıb:

Mərci çox faydalı bitki növüdür. Ondan müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir. Aile.lent.az deyerler.org-a istinadən mərcinin faydalarını bu cür sıralayıb:

Mərci insanı tox saxlayır

Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verər. Ona görə də insan çox yeməkdən çəkinir.

Qəbizliyi aradan qaldırır

Mərci qidalı liflərlə zəngindir. Qidalı liflər bağırsaqların normal fəaliyyəti üçün olduqca vacibdir. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, bu dənli bitkiyə etimad edə bilərsiniz. Ancaq ifrata varmaq olmaz. Çünki bu dənli bitki suda həll olmadığı üçün həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Bişirməmişdən əvvəl mərcini bir neçə saat suda saxlamaq daha faydalı olar.

Mərcidə dəmir var

100 qr mərcidə 3 mq dəmir vardır. Xüsusilə də qan azlığından əziyyət çəkən qadınlar üçün faydalıdır. Mərcinin tərkibində olan dəmir bitki mənşəli olduğu üçün heyvan mənşəli olan dəmirdən daha az cəzb olunar. Ona görə də dəmirin cəzb olunması üçün C vitamin qəbul edin. Onu salatlarınızda, şorbalarda, plovlarda istifadə edə bilərsiniz.

Mərci əhvalı yüksəldir

Mərcinin tərkibində B vitamini ailəsinin hamısı vardır. Bu vitamin sinir sistemi üçün çox vacibdir, stressi və sinir gərginliyini azaldır.

Qandakı xolesterinin səviyyəsini aşağı salır

Tədqiqatların nəticəsi onu göstərir ki, mərci qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da damarlarımızı qoruyur. Mərci ürəyimizə də xidmət edir. Ürəyinizin sağlam olmasını istəyirsinizsə, mərci yeyin.

Mərci protein mənbəyidir

Mərci zülallarla zəngindir. 100 qr mərcidə 100 qr ətdə olan qədər protein vardır. Bir fərqlə ki, zərərli yağları bədəninizə daxil etmir. Ona görə də mərci heyvan yağlarından qaçmaq üçün ən əlverişli qida növüdür. Şam yeməyində ət yerinə mərcidən istifadə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31