Yavər Camalov Gürcüstan səfirini qəbul edib

Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teimuraz Şaraşenidzeni qəbul edib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teimuraz Şaraşenidzeni qəbul edib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazir Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Teimuraz Şaraşenidze səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Giorgi Kvirikaşvili də iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31