Türkiyədə hakim partiyanın üzvü olan 3 deputat həbs edilə bilər
Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat həbs edilə bilər.
7 Sentyabr 2016 12:00 SosialTürkiyədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat həbs edilə bilər.
Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən həmin deputatların adları açıqlanmır.
Bundan əlavə, yayılan məlumatlarda AKP üzvü olan 48 deputatın da Gülən hərəkatı ilə əlaqəsi olduğu deyilir. Ölkə hakimiyyəti bu məlumatı hələ təsdiq etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31