Bakıda beynəlxalq teatr konfransı keçiriləcək

6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Builki konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq.

6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, konfrans "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Builki konfransın əsas mövzusu "Multikulturalizm və teatr" olacaq. Həmçinin konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər də keçiriləcək: "IV Bakı Beynəlxalq Teatr Konfransına maraq əvvəlki konfranslardan daha böyükdür. Konfransa 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi qatılacaq. Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq məsələlər, treninqlərdə ediləcək məruzələr, ümumilikdə konfransın gündəminə çıxan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə, təbii ki, uğurlu nəticəyə, gələcək qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31