PKK Nigar Camalın hesabını dağıtdı
"Twitter"də "Eurovision 2011" qalibi Nigar Camalın adına açılan səhifə PKK terror təşkilatı tərəfindən haker hücumuna məruz qalıb.
6 Sentyabr 2016 18:09 Sosial"Twitter"də "Eurovision 2011" qalibi Nigar Camalın adına açılan səhifə PKK terror təşkilatı tərəfindən haker hücumuna məruz qalıb.
Milli.Az bildirir ki, 2011-ci ildə qeydiyyatdan keçirilən səhifə avqustun 6-da dağıdılıb və PKK lideri Abdullah Öcalanın fotosu qoyulub.
Nigar Camal teleqraf-a açıqlamasında bunları deyib: "Tvitter hesabım var. Amma bir ildən artıqdır ki, istifadə etmirəm. O, mənim səhifəm deyil, həmin sosial şəbəkə hesabından xəbərdar deyiləm. Mənim başqa istifadə etdiyim səhifə var idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31