140-dan artıq yaşayış məntəqəsi qazlaşdırılıb
Bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.
6 Sentyabr 2016 18:08 SosialBu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.
SOCAR-ın saytı xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədi ilə bu ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31