Azərbaycanlı girovlar barədə sənədli film çəkilib
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev və ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənov haqqında sənədli film çəkilib. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun sədri Əhməd Şahidov deyib ki, film "Dünya susmasın!" adlanır:
6 Sentyabr 2016 14:13 SosialAzərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev və ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənov haqqında sənədli film çəkilib. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun sədri Əhməd Şahidov deyib ki, film "Dünya susmasın!" adlanır: "Sentyabrın 13-də filmin təqdimat mərasimi keçiriləcək. Sənədli film 2014-cü ilin İyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və vəhşicəsinə qətlə yetirilən Həsən Həsənovun həyat və fəaliyyətindən bəhs edir. Filmdə azərbaycanlı girovların azadlığa çıxması üçün görülən işlərdən bəhs edilir, bu istiqamətdəki fəaliyyət mexanizmlərin danışılır".