“SOCAR Yay Məktəbi”nə yekun vuruldu
''SOCAR Yay Məktəbi-2016'' layihəsinin bağlanış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müşaviri Aydın Bədəlov iştirak ediblər.
29 Avqust 2016 17:34 Sosialchr("39")chr("39")SOCAR Yay Məktəbi-2016chr("39")chr("39") layihəsinin bağlanış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müşaviri Aydın Bədəlov iştirak ediblər. Asif Bəkirli əvvəlcə İRD-nin fəaliyyəti, məqsədi, vəzifələri, funksiyaları, nailiyyətləri haqqında iştirakçılara ətralı məlumat verib. Bildirilib ki, hər hansı bir mütəxəsssis öz sahəsindən başqa digər sahələrdən də məlumatlı olmalı, öz üzərində çalışmağı, problemləri komanda şəklində həll etməyi, insanlar qarşısında çıxış edərək təqdimat keçirməyi bacarmalıdır. SOCAR Yay Məktəbi layihəsi də iştirakçılara məhz bu bacarıqları və keyfiyyətləri aşılayır. Daha sonra iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.