Gəmiçilər üçün treninqlər keçirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlığı çərçivəsində növbəti beynəlxalq treninqlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, ABS Akademiyasının aparıcı mütəxəssislərindən olan kapitan Titos Giannakakisin keçirdiyi təlimlər həftənin sonuna qədər davam edəcək. İlk təlim gəmi və liman vasitələrinin mühafizəsi üzrə daxili auditorlar üçün nəzərdə tutulub və müvafiq Beynəlxalq Konvensiyanın – SOLAS-ın ən son tələb və tövsiyələri ilə tanışlıq məqsədi daşıyır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlığı çərçivəsində növbəti beynəlxalq treninqlərə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, ABS Akademiyasının aparıcı mütəxəssislərindən olan kapitan Titos Giannakakisin keçirdiyi təlimlər həftənin sonuna qədər davam edəcək. İlk təlim gəmi və liman vasitələrinin mühafizəsi üzrə daxili auditorlar üçün nəzərdə tutulub və müvafiq Beynəlxalq Konvensiyanın - SOLAS-ın ən son tələb və tövsiyələri ilə tanışlıq məqsədi daşıyır. Sonrakı üç gün ərzində isə Gəmiçiliyin mütəxəssisləri və rəhbər işçiləri "Böhran vəziyyətinin idarəedilməsi və media ilə əlaqə", "Dəyişikliklərin idarəolunması" və "İSO 9001:2015 və İSO 14001:2015 üzrə tanışlıq" mövzularında birgünlük təlimlərin iştirakçısı olacaqlar. Məqsəd Gəmiçilikdə baş verə biləcək fövqəladə hallar zamanı cavab tədbirlərinin təkmilləşdirilməsi, media və ictimaiyyətlə əlaqə, habelə düzgün qərarların verilməsi vərdişlərinin aşılanması, Beynəlxalq Dəniz Təşkilatının və Konvensiyaların tələblərinə uyğun ehtiyat tədbirlərin planlaşdırılmasıdır. Bununla yanaşı, təlim iştirakçıları dəyişikliklərin idarəolunmasının əsasları və prinsipləri ilə, eləcə də Keyfiyyətin Menecmenti üzrə İSO 9001, ətraf mühitin qorunması və çirklənməsinin qarşısının alınmasına dair İSO 14001 standartlarında 2015-ci ildə tətbiq olunmuş yeniliklərlə yaxından tanış olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31