Biz əvvəllər bunu yazmışdıq... Nurçuların vəhhabilərlə işbirliyi var

Nurçuluq cərəyanın banisi Səid Nursi təzadlı şəxsiyyətdir. Tarixi faktlar Nursinin gah kommunist olduğunu, gah da bu ideologiyaya nifrət etdiyini iddia edir. Əslində Nursi şəxsiyyətinin kürdlüklə bağlı olması onun sosialistlərə daha yaxın olması məntiqini ortaya qoyur. Türkiyədəki sol cəbhəni əsasən kürd ünsürlər meydana gətirir.

Nurçuluq cərəyanın banisi Səid Nursi təzadlı şəxsiyyətdir. Tarixi faktlar Nursinin gah kommunist olduğunu, gah da bu ideologiyaya nifrət etdiyini iddia edir. Əslində Nursi şəxsiyyətinin kürdlüklə bağlı olması onun sosialistlərə daha yaxın olması məntiqini ortaya qoyur. Türkiyədəki sol cəbhəni əsasən kürd ünsürlər meydana gətirir. Nurçuluğun pankürdizmə xidmət etdiyini nəzərə alsaq, bu gün ideologiyanın "təbliğat maşını" hesab edilən "Gülən camaatı" PKK-nı maliyyələşdirməlidir. Camaatın rəhbəri Fətullah Gülənin əlində ABŞ və Qərb dövlətləri tərəfindən İslamı yox etmək və Türkiyəni parçalamaq üçün 100 milyard dollar maddi vəsaitin olması da irəli sürülən iddianı təsdiq edə bilər. Bir sözlə, Türkiyədəki separatçı PKK və digər kürd qruplaşmalarını AKP hökumətinin üzərinə "Gülən camaatı" və Fətullah Gülən qışqırdır. PKK-ya hərbi-texniki vasitələrin Qərb tərəfindən verildiyi məlum idi. Lakin onun hansı vasitələrlə Türkiyə və Yaxın Şərqə keçirilməsi müəmmalı qalırdı. Türkiyədə baş verən son siyasi proseslərdə suallara "Gülən camaatı" faktoru ilə cavab verildi. Nurçuların AKP-yə qarşı çıxmasının PKK qruplaşmalarının müəyyən hissəsinin Türkiyə ərazisindən çıxarılmasından sonraya təsadüf etməsi də şübhələri artırır. Demək ki, Fətullah Gülən Türkiyə ərazisində separatçı "Kürdüstan" dövləti yaratmaq istəyən PKK ilə geniş əlaqələrə sahibdir. Kürd Fəhlə Partiyasının əslində "Gülən camaatı"-nın bir qoluna çevrilməsi də mümkündür. Qurumun geniş maddi imkanlara sahib olmasını nəzərə alsaq, fikir təsdiqini tapır. Nurçulara ən böyük zərbəni məhz onların siyasi ideologiyaya xidmət etmələrinin üzə çıxmasından sonra vuruldu. Yoxsa ki, F.Gülən keçirilən seçkilərdə az qala məzardakı ölüləri də AKP-yə səs verməyə çağırırdı. AKP ilə "Gülən camaatı" arasından keçən "qara pişik" - qurumun İsrail MOSSAD-ına, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA), Qərb kəşfiyyatına işləməsidir. Nurçularla müqayisədə AKP Türkiyənin bütövlüyündə maraqlıdır. Hakim partiya isə belə bir ideologiyanın Türkiyənin dövlət strukturunda təmsil olunmasında maraqlı deyil.

Xaxam məclisində iftar süfrəsi

Fətullah Gülən İslam dinini yox etmək üçün Vatikan kilsəsinin ortaya atdığı "Dinlərarası dialoq" layihəsinin Türkiyə distribütoru idi. "Dinlərarası dialoq" ABŞ-ın İslamı şəxsi mənfəətləri istiqamətinə çevrimək üçün ortaya atdığı "Böyük Orta Şərq Proyekti"-nin də ən əhəmiyyətli arqumentidir. Çünki proyekt İslami təhrif üzərində qurulub. Vatikanın kardinalı olması amili də Gülənin Türkiyədəki varlığına son qoyulmasına təcil qazandırdı. Katolik kilsəsinin 1991-ci il tarixli "Redemptoris Mission" adlı təlimatına görə, bəşəriyyətin üzü kilsələrə çevrilməlidir. Gülən tez-tez Qərb mətbuatında xaxam, ravvin və keşişlərlə iftar süfrələrində görüntülənirdi. Bu isə Türkiyə cəmiyyəti tərəfindən birmənalı qarşılanmırdı. Çünki İslam dini Türkiyə ictimaiyyəti arasında sarsılmaz dayaqlara malikdir. Əslində Güləni xaxam və ravvinlərlə tez-tez eyni masaya oturdan səbəb, masonların "Vahid dünya nizamnaməsi" konsepsiyası idi. Birmənalı şəkildə masonların "Vahid dünya" dövləti yaratmaq üçün başladılmalı olan "Müqəddəs Armageddon müharibəsi"-nin zabitlərindən biri də Güləndir. Geniş maddi imkan və Qərbdə nüfuza malik, həmçinin İslama qarşı olması amilinə görə, Fətullah Gülən masonluq pilləsinin 33-cü dərəcəsinə aiddir.

Qaranlıq "Qasımiyyə" toplantısı

Müsəlman qızı xristian kişilə evləndirən Fətullah Gülən 2004-cü ildə Mardində keçirdiyi toplantı ilə növbəti dəfə diqqəti üzərinə çəkdi. "Qasımiyyə" mədrəsəsində keçirilən toplantıda Fətullah Gülən yenə də xaxam, keşiş və ravvinlərdən üç din nümayəndələrinin birlikdə oxuyacağı təhsil müəssisəsi istəyirdi. Toplantı üçün mədrəsənin ortasındakı hovuzun üzərində rəmzi "Sirat körpüsü" qurduruldu. Çıxışlar bu körpü üzərində edilir, hər üç dinin nümayəndələri "Sirat körpüsü" üzərindən keçirilirdi. Beləliklə, Xərramda verilən mesaj Mardində təkrar edildi: "Tək haqq dini İslam deyil. Yəhudi və xristianların dinləri də haqqdır". Türkiyənin tanınmış köşə yazarı Leyla Umar "Mardində bütün dinlər "Sirat körpüsü"-ndən keçdi" başlıqlı məqaləsilə Gülənin qaranlıq "Qasımiyyə" toplantısı barədə cavabsız suallara aydınlıq gətirdi: "Onlar hansı yalan, çürük körpünü qururlarsa, qursunlar. Allahın "Sirat"ından keçərkən körpünün digər tərəfində onları bu hökmün qarşılamayacağını zənn edirlər: "Allah məqamında tək haqq dini İslamdır".

Kral Feysəl və Fətullah Gülən

Almaniyadan Qərb mediasına sızdırılmış səsyazısı Fətullah Gülənlə bağlı tamam başqa bir sirri də ortaya çıxardı. Əvvəlcə kassetdəki həmin səsin Gülənə aid olmadığı iddia olunsa da sonradan oxşarlıq iddiaları alt-üst elədi. O, Fətullah Gülənin səsi idi. Səsyazıda Gülən Səudiyyə Ərəbistanının vəhhabi kralı Feysəli tərifləyir. Adı naməlum olan şəxs Gülənə belə bir sual verir: "Kral Feysəlin çox yaxşı İslam xəlifəsi olduğunu deyirsiniz. Feysəlin isə vəhhabi olduğu bildirilir. Bəs buna nə deyirsiniz?". Gülənin cavabı belə olur: "Bizim bir qisim fanatik müəllimlərimiz olmasa, Səudiyyə Ərəbistanında bir nəfər belə vəhhabi olmayacaq. Universitetlərdə 3-5 nəfər müəllimdən başqa Səudiyyə Ərəbistanında vəhhabi yoxdur. İnsanlar bilmədən bu barədə məqalələr yazırlar. Həmin materiallar 3-5 vəhhabiyə xidmət edir. Bu haqsız və həqiqət olmayan hücumları bir qism fanatik hərəkətə gətirir. İslamın xaricində olsaydı düşündürücü olardı. İçində olduğu üçün İslamın ərzi-Kəbir içində vəhhabilik əriyər. Kökü çöldə deyil, can yandıran olurlar. Mərhum Feysəlin vəhhabiliyinə gəlincə, ondan zərrə qədər də vəhhabilik yox idi".

Kökləri çöldə olanlar

Gülənin cavabını oxuyanlar zənn edə bilərlər ki, o, vəhhabiliyi tənqid edir. Əsla belə deyil. Fətullah Gülənin özü məhz vəhhabi dililə danışır. Vəhhabilər heç vaxt bu təriqətə aid olduqlarını demirlər, gizli saxlayırlar. Gülən də məhz həmin metodla danışır. 7-dən 77-yə hamıya bəllidir ki, Səudiyyə Ərəbistanını vəhhabilər idarə edir, kral Feysəl də bu təriqətə aiddir. Loru dillə ifadə etsək: "Feysəl vəhhabi deyilsə, onda Jirnovski kosmonavtdır". Vəhhabi, yaxud başqa təriqətə aid olması heç kəsin alnına yazılmır. Vəhhabilik də nurçuluq kimi kökü çöldə (İngiltərədə) olan təriqətdir. Vaxtilə həmin ideologiyanı XVIII əsrdə ingilis casus Amper Məhəmməd Əbdülvahhabın əlilə yaradıb. Gülən isə məhz vəhhabi xarakterilə ideologiyanın İslam içərisində təşəkkül tapdığını iddia edərək, təriqətin əsil məqsədini - dini yox etmək niyyətini gizlədir. Bu isə nurçuların vəhhabilərlə işrbirliyinin olmasını bildirir. Digər tərəfdən Gülənin niyə belə danışdığı təəccüblü olmamalıdır. Çünki insan həmişə sevdiyi ilə bərabərdir. Faktiki olaraq bəllidir ki, nurçuluq, yaxud fəatullahçılıq türklük və İslama qarşı olan hər təhlükəli impulsun birinci dəstəkçisidir. Türkiyə və Azərbaycanın dövlət strukturlarından onların təmizlənməsi yaxşı nəticələri ortaya qoyacaq. Hər iki ölkənin milli təhlükəsizliyinin təminatlı qorunması üçün bu əhəmiyyətli addımdır. İdeologiyanı təhlükəli tezislər üzərində quran nurçuluq dövlət strukturlarına yaxın buraxılmamalıdır.

Mənsur Rəğbətoğlu

"Olaylar" qəzeti, 3 Aprel 2014

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31