Elçin Hüseynbəyli yazır.. .İdman və futbol...
...Bəlkə də bu yazı sizə gecikmiş kimi görünə bilər, dostlar. Amma, görünüş bəzən aldadıcı olur, elə deyilmi? Hisslər heç zaman dəyişmir. Elə hisslər var ki, onu ani yaşayırsan, elə hisslər də var ki, uzun müddət səninlə birgə qalır, həmyoldaş, həmsirdaş olur.
29 Avqust 2016 14:17 SosialElçin Hüseynbəyli
İdman və futbol...
İdman və futbolun birbaşa əlaqəsi var...
...Bəlkə də bu yazı sizə gecikmiş kimi görünə bilər, dostlar. Amma, görünüş bəzən aldadıcı olur, elə deyilmi? Hisslər heç zaman dəyişmir. Elə hisslər var ki, onu ani yaşayırsan, elə hisslər də var ki, uzun müddət səninlə birgə qalır, həmyoldaş, həmsirdaş olur. Yadınızdadır? Demişdik ki, Qarabağ o zaman azad olunacaq ki, Azərbaycan futbolda Avropa çempionu olsun. İndi biz ona yaxınlaşırıq: öz klublarımızla. Avroliqa oyunlarında qrupa ilk düşən komandamız "Neftçi" oldu. Yadınızda? Gəlin onların haqqını unutmayaq. Yunanıstanda son matçda Vobayın uzaq məsafədən vurduğu qol indi də yadımdadır. Yunanların cırnamalarını da yaxşı xatırlayıram.
Sevinc üstünə sevinc gəlir, dostlar. Rio olimpiyasındakı uğurların xoş təsiri yaddan çıxmamış iki klubumuz ardıcıl olaraq Avroliqanın qrup mərhələsinə adladı: "Qarabağ" və "Qəbələ". Özü də inamlı şəkildə. Yeri gəlmişkən deyim ki, Rio oyunlarına açılışdan bağlanışa kimi baxmışam. İnanıram ki, mənim kimi, bir çox idmansevərlərimiz də gecə yarısına kimi ekran qarşısında əyləşib və komandamızın üzvlərinin çıxışlarından daim həyəcanlanıb, uğurlarına sevindikləri kimi, uğrsuzluqlarına da kədərlənib. Bu, toplum sevincidir. Toplum təkcə sevinciylə yox, kədəriylə də güclüdür.
Dünya miqyasında elə də böyük olmayan bir ölkə üçün 18 olimpiya medalı sizinçün zarafat gəlməsin. 56 idmançıdan, az qala üçdə biri fəxri kürsüyə qalxıb, Azərbaycan bayrağını dalğalandırdı. Bu, bizim qürur yerimizdir.
Hər bir müqayisə zərərlidir, dostlar. Amma prinsipiallıq olan yerdı bunu eləmək olar. Bədxah qonşularımızın yalnız üç nümayəndəsini yarışlarda gördüm. Onlardan ikisi başqa bayraq altında yarışırdı, birini isə bizim boksçumuz sıradan çıxardı...
Nəsə.
Rio sevincinin ardınca futbol komandalarımızın uğurları gəldi. "Qarabağ"ın triumfu bütün Avropaya yayıldı, dostlar. Hətta rəqib komandanın baş məşqçisi komandamızın oyununu necə bəyənmişdisə, "Siz Mançester Yunaytedi də yenə bilrəsiniz" dedi. Bunu "Göteborq" kimi köklü və adlı-sanlı komandanın çalışdırcısı söylədi, dostlar.
Mən ədəbiyyatla idman arasında oxşarlıqları görən adamlardanam. Bu qələbələr heç şübhəsiz ki, yazarlarımızın da qələminə xeyir-bərəkət və güc verəcək. Güclü emosiya həm də yaradıcılıq impulslarını artırır, fantaziyanı genişləndirir. İdman yarışlarımızın hüdudları genişləndikcə biz də ətrafı yaxşı görə və duya bilirik. Əsl yazar dünyanı öz rəngləriylə, ziddiyyətiylə, yəni qlobal qavrayandır...
Biz Qarabağa "Qarabağ"la yaxınlaşırıq, dostlar. Qələbəyə isə "Qəbələ"ylə.
Qoy, uğurlarımız çox olsun!
Tanrı həmişə sizə xoş həyacan və sevunc bəxş etsin!
Avqustun sonu, 2016