Litvalı jurnalistlər cəbhə xəttində
Avqustun 29-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin portalın fotoqrafı Arunas Sartanaviçusun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu nəticələrlə daha yaxından tanış olmaq məqsədi ilə Tərtər rayonunda səfərdə olublar.
29 Avqust 2016 14:10 SosialAvqustun 29-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt" internet portalının redaktoru Audris Antanaytis və həmin portalın fotoqrafı Arunas Sartanaviçusun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu nəticələrlə daha yaxından tanış olmaq məqsədi ilə Tərtər rayonunda səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışıb. Qeyd edib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Sonra qonaqlar Tərtər şəhərində, Şıxarx qəsəbəsində, Həsənqaya kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına baxıblar.