Binə qəsəbəsində  “Bazarstore” fəaliyyətə başladı

“Bazarstore” Super Marketlər şəbəkəsi növbəti mağazasını istehlakçıların istifadəsinə verib. Göstərdiyi fəaliyyət ilə ölkədə müasir pərakəndəçiliyin uğurlu nümunəsi olan Super Marketlər şəbəkəsinin yeni filialı Binə qəsəbəsində açılıb.

"Bazarstore" Super Marketlər şəbəkəsi növbəti mağazasını istehlakçıların istifadəsinə verib. Göstərdiyi fəaliyyət ilə ölkədə müasir pərakəndəçiliyin uğurlu nümunəsi olan Super Marketlər şəbəkəsinin yeni filialı Binə qəsəbəsində açılıb. Ümumi sahəsi 1200 m2 olan mağaza yerli sakinlərin işlə təmin olunmasına da müsbət təsir göstərəcək. Yeni "Bazarstore"un açılış günü ilə əlaqədar olaraq müxtəlif endirim aksiyaları keçirilib. Alıcıların böyük marağına səbəb olan endirimlər avqust ayının 29-na qədər davam edəcək. Bundan əlavə, yeni mağazada "Yenidən məktəbə" aksiyası keçirilir ki, alıcılar bundan yararlanaraq sərfəli qiymətlərlə məktəb ləvazimatları əldə edə bilərlər. Həmçinin "Bazarstore"da təndir fəaliyyət göstərir ki, bununla da alıcılara un məmulatlarını isti-isti təklif edilir. Əsas şüarı bol çeşid, sərfəli qiymət, yüksək keyfiyyət olan və müştərilərin qida təhlükəsizliyinə böyük önəm verən  "Bazarstore" mağazalar şəbəkəsi  məhsulun alınması, saxlanması və satılması prosesləri üçün etibarlı, təhlükəsiz, standartlara uyğun şərait yaradır.  Müştərilərin  həssaslıqla yanaşdığı ət və süd məhsulları daim təzədir. Gündəlik olaraq həm müəssisənin keyfiyyətə nəzarət mütəxəssislərinin, həm də baytar yoxlamasından keçirilir. Qeyd edək ki, bu "Bazarstore" super marketlər şəbəkəsinə daxil olan 23-ci mağazadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31