Millət vəkili xilaskar həkimə gül dəstəsi göndərdi
Xəbər verdiyimiz kimi, avqustun 25-də günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub. Məhz həkimin vaxtında göstərdiyi reaksiyası nəticəsində 4 yaşlı Cavid ölümdən qurtula bilib.
26 Avqust 2016 16:52 SosialXəbər verdiyimiz kimi, avqustun 25-də günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub. Məhz həkimin vaxtında göstərdiyi reaksiyası nəticəsində 4 yaşlı Cavid ölümdən qurtula bilib.

Milli.Az xəbər verir ki, bu gün isə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə həmin həkimə göstərdiyi bu qəhrəmanlığa görə təşəkkür edib.
Millət vəkili bildirib: "Dünən, 25 avqust 2016-cı ildə Sumqayıt şəhərində Çiçək adlı həkim qadının beşinci mərtəbənin balkonundan düşən azyaşlı uşağı tutaraq ölümdən xilas etməsi xəbəri bütün Azərbaycana yayıldı. Bu gün onun telefon nömrəsini taparaq zəng edib təşəkkür etdim, qəhrəmanlığının xalqımıza xas bir hərəkət olduğunu bildirdim. Sonra isə onun iş yerinə minnətdarlıq olaraq bir böyük qırmızı qızılgül buketi göndərdim".