Amerika səfiri İsmayıllıda

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllı rayonuna səfərə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllı rayonuna səfərə edib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, səfər proqramına uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev səfiri qəbul edib və rayonun iqtisadiyyatı, sənayesi, coğrafiyası milli tərkibi, tarixi barədə qonaqları məlumatlandırıb. Səfir səmimi qarşılandıqları üçün cavab nitqində rayon rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Robert Sekuta, Emmi Peterson və səfirliyin protokol xidmətinin mütəxəssisi Xəqani Əliyev İvanovkaya gedib, kənd və onun sakinləri ilə tanış olub, multikultural tolerant dəyərləri müşahidə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31