Bakı-Şamaxı yolu genişləndirilir
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-15.1 km-lik (1.85 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.
26 Avqust 2016 12:19 SosialBakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-15.1 km-lik (1.85 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. "Azəravtoyol" ASC-dən "OLAYLAR"-a bildirilib ki, layihə "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1.85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29.5 m, yolun hərəkət hissəsinin eni 15 və 24 m, hərəkət zolaqlarının eni 3.75 və 4.5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək. Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik (76 km) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik ( 16 km ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.