Dini radikalizmlə mübarizədə dini icmaların rolu müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.
26 Avqust 2016 12:18 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.