Masallının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə bildirilib ki, ümumilikdə 737 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61660 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Vurğulanıb ki, hazırda rayonunun Məmmədoba, 2-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31