Hicran Hüseynova: “Ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb”

Azərbaycanda ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb."Olaylar" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. Komitə sədrinin sözlərinə görə, bu faktlar ailələrin rastlaşdığı problemlərlə bağlıdır: "Azərbaycanda hazırda 2 milyon 2 min 30 ailə var. Həmin ailələrin içərisində uzun ömürlü ailələr, qızıl, brilyant və gümüş toyu olan ailələr daha çoxdur. Onlar Azərbaycan ailələrinin nümunələridirlər. Amma bəzi sıxıntılardan bu cür xoşagəlməz hallar da baş verir və bu problemlər artır". O, deyib ki, ailələrdə zorakılıq, uşaq intiharları və abortların artmasına səbəb həmin ailələrdə ailə üzvlərinin bir-birindən ayrı yaşaması, nikahsız ailələrin qurulması, qeyri-rəsmi nikahdan uşaqların dünyaya gətirilməsidir: "Bu cür faktlar ailələrdə uşaq intiharları və abortların sayının artmasına səbəb olub. Bu cür halların qarşısı alınmalıdır". Komitə sədri deyib ki, bu halların qarşısının alınması üçün Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilməyə başlayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00