Vətəndaşlar arsında iş yerinə dair elektron qaydada arayış əldə edənlərin sayı artıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət" portalı üzərindən təqdim etdiyi "İş yerinə dair arayış" elektron xidməti vətəndaşlara işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət olunmadan, bundan ötrü vaxt və əziyyət sərf etmədən iş yerinə dair arayış əldə etməyə imkan verir. Bu səbəbdən həmin e-xidmət ölkəmizdə mövcud olan e-arayış sistemində xüsusi aktuallığı ilə seçilir və təkcə son ay ərzində əhali həmin e-xidmətdən 13739 dəfə faydalanıb. "İş yerinə dair arayış" e-xidmətindən istifadə etmək istəyən şəxslər bunun üçün "Elektron Hökumət" portalında autenfikasiyadan keçərək müvafiq e-xidməti seçirlər. Bundan sonra portal tərəfindən avtomatik olaraq iş yerinə dair formalaşdırılmış arayışı aidiyyəti quruma həm elektron şəkildə göndərə, həm də çap edərək kağız şəklində  təqdim etmək olar. Həmin e-arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. İş yeri barədə arayışların təqdim edildiyi təşkilatlar da məhz "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə verilən arayışlara daha çox üstünlük verirlər. Çünki onlar həmin e-arayışlarda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, arayışlarda əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malik olurlar. "İş yerinə dair arayış" e-xidməti 2014-cü ilin dekabr ayında əhalinin istifadəsindədir və əhalinin marağının getdikcə artmaqda olduğu həmin e-xidmətdən istifadə sayı  cari ilin 01 may tarixinədək 282548-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00