Penitensiar Xidmətin mətbuat xidməti işindən ayrıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəsinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov vəzifədən getdiyini açıqlayıb. Y.İsakov bu barədə özünün şəxsi "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, müstəqil jurnalistin fəaliyyətinə qayıtmaq arzusu Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılanıb:"Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub". Qeyd edək ki, Yaşar İsakov 2014-cü ildən Penitensiar Xidmətdə çalışırdı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00