“Elm haqqında” qanun layihəsi ikinci oxunuşda MM-in müzakirəsinə çıxarılır

Uzun zamandır müzakirəsi yubanan "Elm haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix bəlli olub. Milli Məclisdən  verilən məlumata görə, qanun layihəsi ikinci oxunuşda parlamentin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Qeyd edək ki, müzakirənin ləngiməsinə səbəbi kimi bir sıra qurumların qanun layihəsinə rəy verməməsi göstərilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00