Azərbaycanın Multikulturalizm Modeli: Etnik Dəyərlər və Müasirlik" layihəsinin icrasına başlanılıb

Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədiilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qaliblərindən biri olan "Bizim Gənclik" İctimai Birliyi tərəfindən "Azərbaycanın Multikulturalizm Modeli: Etnik Dəyərlər və Müasirlik" layihəsinin icrasına başlanılıb. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın mədəni irsi, multikulturalizm dəyərləri haqqında xarici dillərdə peşəkar məqalələr yazan gənc bloqerlərin hazırlanmasıdır.

Bu məqsədə nail olmaq üçün layihə əsas iki istiqamət üzrə fəaliyyət göstərəcəkdir. Birinci istiqamət Azərbaycanın mədəni irsi, milli dəyərləri, multikulturalizm modeli haqqında gənc bloqgerlərin məlumatlandırılması və onların bu mövzularda peşəkar bloq yazmaları üçün ekspertlərlə görüşlərin keçirilməsidir. İkinci istiqamət isə maarifləndirilmənin daha da artırılması və geniş ictimaiyyətə təqdimatı üçün "Azərbaycanın Multikulturalizm Modeli: Etnik Dəyərlər və Müasirlik" adı altında sosial video-çarxın çəkilməsidir. Layihə Azərbaycanın multikulturalizm dəyərlərinin haqqında internet resurlarının artırılmasına, istənilən xarici vətəndaş üçün Azərbaycan haqqında onlayn olaraq düzgün və dolğun məlumatların əlçatan olmasına hədəflənmişdir. 6-7 iyun 2016-cı ildə Balakən rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş təlimlərdə iştirak etmək istəyən gənclər öz cv-lərini 18 may 2016-cı il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.
Qeyd edək ki, layihəyə yalnız ingilis dili biliyi orta (pre-intermediate) səviyyəsindən aşağı olmayan gənclər müraciət edə bilərlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00