“Azneft” İB ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görür
11 May 2016 17:49 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərdə SOCAR yaxından iştirak edir. "OLAYLAR"-ın xəbərinə görə, həyata keçirilən ekoloji siyasətə uyğun olaraq neftlə çirklənmiş torpaqlar rekultivasiya olunur, idarə və müəssisələrin əraziləri istehsalat tullantılarından təmizlənir, yaşıllaşdırma işləri görülür. Cari ilin yanvar-aprel aylarında SOCAR-ın "Azneft" İstehsalat Birliyində bir çox ekoloji layihələr həyata keçirilib, lay sularının qapalı sistemdə utilizasiyası təmin olunmuş, çirklənmiş torpaqlar abadlaşdırılıb, mədən ərazilərində yaşıllıqlar salınıb. Bu ilin fevral ayından start götürən növbəti ağacəkmə mövsümündə Birliyin demək olar ki, bütün idarə və müəssisələri yaxından iştirak edib.