Mədəniyyət işçiləri üçün hüquqi-maarifləndirici seminar keçirilib
11 May 2016 17:48 SosialŞamaxı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin iş planına əsasən regionlarda fəaliyyət göstərən mədəniyyət işçiləri üçün hüquqi-maarifləndirici seminar keçirilİb "OLAYLAR"-ın xəbərinə görə, . tədbirdə Şamaxı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri v.i.e. Rəfail Tağızadə, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekan müavini, İnsan hüquqları və İnformasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi Gülnaz Ələsgərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Hüquq sektorunun müdiri Günay Süleymanova və Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov çıxış ediblər. Çıxaşlarda qeyd olunub ki, müasir dövrdə hüquqi-mədəni maarifləndirmə işinin mərkəzində yerli normativ aktlarla yanaşı, beynəlxalq öhdəliklərin də dayandığı şübhəsizdir. Məhz buna görə də hüquqi maarifləndirmənin daha geniş təbliğ edilməsi tamamilə bu qanunlar haqqında məlumatlı olmağımızla bağlıdır. Mədəniyyət haqqında qəbul edilən qanunların bu sahədə fəaliyyət göstərən əməkdaşlara, o cümlədən gənclərə təbliğ edilməsi məqsədilə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir.