IV İslam Həmrəyli Oyunlarına 1 il qalması münasibəti ilə məsul şəxslər Bakıda görüşəcək
11 May 2016 17:46 SosialMayın 12-də IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər. Günün 1-ci yarısı keçiriləcək iclsada son görüşdən sonra oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq. Günün 2-ci hissəsi isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.
12 May tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bunula əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək. Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq. 13 May tarixdə isə IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar olaraq MOK-lərinin "Açıq gün" iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.