AzTU-da şəbəkə inzibatçılığı mövzusunda treninq
11 May 2016 12:52 SosialAzərbaycan Texniki Universiteti Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə ''Bаrattson'' şirkətinin əməkdaşları tələbələrlə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, təlimçi Teymur Əzimov AzTU tələbələrinə CISCO şəbəkə inzibatçılığı mövzusunda treninq keçib. Bildirilib ki, CISCO korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkətin sistemidi. IT-üzrə sahələr, Cisco üzrə imtahanlar və sertifikatlar, praktik şəkildə avadanlıqların üzərində müxtəlif kiçik şəbəkələrin qurulması və s. kimi mövzular da görüş zamanı müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00