Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib. "OLAYLAR"-ın xəıbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin ətrafında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyaya Rayon İcra Hakimiyyəti başçısı Aparatı, YAP rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da iştirak etdiyi tədbirdə 1500-dən çox Eldar Şamı və digər yerli iqliməuyğun ağac tingləri əkildi. Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi,əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00