Balakən rayon kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
11 May 2016 12:50 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. İçməli su çatışmazlığından əziyyət çəkən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatdırılıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəıbərə görə, 1200 fərdi ev təsərrüfatından ibarət olan və 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilmiş və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.