Bakıda Türkiyə vətəndaşı döyülüb
11 May 2016 12:34 SosialBakı şəhərində Türkiyə vətəndaşı döyülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zəfər Türkalini döyüblər. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliyev və P. Dadaşov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00