Belarus Respublikasına işgüzar səfər

Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda işgüzar səfərdə olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər Belarus Respublikasının Təhsil Nazirliyi Respublika Ekologiya və Diyarşünaslıq Mərkəzinin dəvəti ilə baş tutub. Belarusa işgüzar səfər çərçivəsində nümayəndə heyəti Minsk şəhərində keçirilən "Davamlı inkişaf naminə ekoloji təhsil: milli və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransın açılış mərasimində Firuzə Sultan-zadə "Azərbaycanda uşaq və gənclərin ekoloji təhsili sahəsində iş təcrübəsi" mövzusunda təqdimatla çıxış edib. Səfərin ikinci günü Azərbaycan nümayəndə heyəti ekoloji təhsil üzrə Respublika Forumuna qatılıb. Səfər çərçivəsində Firuzə Sultan-zadə Belarusun idman və turizm naziri A.İ.Şamko, təhsil nazirinin müavini V.V.Yakjik, sosial-tərbiyə və ideoloji işlər idarəsinin rəisi M.A.Sorotnik ilə görüşüb. Görüşlərdə uşaq və gənclərin ekoloji təhsili və turizm sahəsində birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00