Hadi Rəcəbli yapon şirkətinin prezidenti ilə görüşüb

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda səfərdə olan Yaponiyanın "Kosugi Zohen Co" şirkətinin prezidenti Saki Kosugini qəbul edib. "Olaylar" xəbər verir ki, ulu öndərimiz Heydər Əliyevin doğum gününə təşrif buyuran qonaq Azərbaycan Yapon dostluğunun muasir mərhələdəki masştabı və gələcək perspektivlərindən söhbət açıb. H.Rəcəbli eyni zamanda xəritə önündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həqiqətlərini qonağa bir daha əyani şəkildə çatdırıb. Xatırladaq ki, Hadi Rəcəbli və Saki Kosugi Azərbaycan-Yaponiya dostluq qrupunun üzvləridirlər. Komitə sədri cənab Kosugiyə Azərbaycanın gerbi olan maraqlı xatirə hədiyyəsi təqdim edib. Məlumat üçün onu da bildirək ki, "Kosugi Zohen Co" şirkəti Kosugi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində təsis edilib. Ailə 300 ildən artıq müddətdə landşaft dizaynı və landşaft qurma işi ilə məşğuldur. Kosugi Zohen şirkəti Bakının Xətai rayonunda və İsmayıllı rayonunda belə yaşıllıq parkları salmışdır. Qonaq onun rəhbərliyi ilə Bakının Xətai rayonunda salınmış Heydər Əliyev parkının Yapon bağı guşəsinə də baxdı. Qonaqlar Ulu öndərin abidəsi önünə çiçək dəstələri düzüb, parkda ağac əkdilər. Söhbət əsnasında Tokio şəhəri ətrafında 2 hektar sahədə Heydər Əliyev parkının salınması və Hüseynbala Mirələmovun Ümummilli Liderimizin həyatından bəhs edən kitabın Yapon dilində çap olunması ideyası da müzakirə olundu. Sonda qonaqlar dəvət və görüşlər üçün deputat H Rəcəbliyə minnətdarlıqlarını bildirdilər və Ümummilli Liderimizə ulu tanrıdan qəbri nurla dolsun dilədilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00