Əbülfəs Qarayev Səudiyyə Ərəbistanın informasiya və mədəniyyət nazirini qəbul edib
26 Aprel 2016 16:50 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizdə qonaq olan Səudiyyə Ərəbistanın İnformasiya və Mədəniyyət naziri Adel Zaid F.Altoraifini qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, ikitərəfli görüş çərçivəsində nazir qonağa Azərbaycanın tolerant ölkə olaraq hər zaman mədəni dialoqa açıq olduğunu bildirib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər haqqında danışan nazir Bakıda keçiriləcək İslam Həmrəylik oyunlarının müsəlman dövlətləri arasında birliyin daha da möhkəmlənmisinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Qonaq tədbirin təşkilinə görə Azərbaycan hökümətinə təşəkkürünü idaə edib. Əbülfəs Qarayev həmçinin İtaliya Mədəniyyət Nazirinin katibinin müavini Dorina Bianchini də qəbul edib. Görüş zamanı Forumun əhəmiyyəti, Azərbaycan və İtaliya arasında mədəni əlaqələrlə müzakirə edildi. Əbülfəs Qarayev Azərbaycanın İtaliya arasında hər zaman isti münasibətlərin olduğunu diqqətə çatdıraraq, ölkəmizin mədəni irsi haqqında qonaqları məlumatlandırıb. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrdən söz açan nazir İtaliya və Azərbaycan muzeyləri arasında əlaqələrin vacibliyini vurğulayıb Dorina Bianchi yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İtaliya Azərbaycan arasında mədəni əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.