Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib
26 Aprel 2016 15:42 SosialNəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində "Senebogen" markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Ələddin Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00