Gənc Psixoloqlarının I Ümumrespublika Forumu keçiriləcək

Aprelin 28-də Azərbaycan Gənc Psixoloqlarının I Ümumrespublika Forumu keçiriləcək. Binəqədi Rayon İcra Hakimiyyətindən  "OLAYLAR"-a daxil olan məlumata görə, "Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu" və "Psixologiya elmi insan fəaliyyətinin əsas aləti kimi"  mövzuları üzrə iki paneldən ibarət olacaq forumda dövlət rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək. Binəqədi rayonu icra hakimiyyətinin akt zalında baş tutacaq forum
"ASAN Könüllüləri" Gənclər təşkilatı, "Gənc Psixoloqlar" İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00