Xəzər rayonunda 3 otaqlı ev yanıb
26 Aprel 2016 12:05 SosialSəhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 06:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00