Paytaxtda daha bir Gənclər Evi istifadəyə verilib

Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov kücəsində yeni "Gənclər evi"nin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər. Açılışda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdəki 38 sayda "Gənclər evi"nin artıq genış şəbəkə olduğunu diqqətə çatdırbı. Azad Rəhimov deyib ki, "Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilib. Nazir eyni zamanda çıxışında gənclər və idman nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-ə çatdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31