“Ağ ölümlə mübarizə” mövzusunda toplantı keçirilib
22 Aprel 2016 15:41 SosialNərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Ağ ölümlə mübarizə" mövzusunda toplantı keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 45 saylı məktəbdə keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nazilə Məmmədova, Rayon Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.Tədbirin əvvəlində narkotik maddələrin ziyanı və törətdiyi fəsadlardan bəhs edən video çarxlar nümayiş edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova bildirmişdir ki, toplantının əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rayon gənc və yeniyetmə idmançılarının uğurları barədə məlumat verərək pis vərdişlərdən uzaq olmağın nə dərəcədə vacib olduğunu xüsusilə vurğulayıb. Natiq deyib ki, , hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq üçün ilk növbədə idmanla məşğul olmaq lazımdır. Bunu əsas tutaraq Nərimanov rayonunda gənclərin idmana cəlb olunmasına mühüm yer ayrılır, tədris ili ərzində bir sıra idman yarışları təşkil edilir.