Tərtərin daha bir kəndinə təbii qaz verilib
22 Aprel 2016 15:21 SosialAprelin 22-də Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 207 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14922 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00