Günün yorğunluğunu YOQA ilə atın
20 Aprel 2016 18:55 SosialGünün bütün yorğunluğunu zehninizdən və bədəninizdən atmanıza yardımçı olacaq yoqa hərəkətləri ilə enerjinizi yüksəldə bilərsiniz. Bununla boş zamanlarınızı daha məhsuldar keçirə bilərsiniz. Aile.lent.az enerjinizi yüksəldəcək 3 yoqa hərəkətini təqdim edir.
Dəvə hərəkəti
Yoqanı digər idman hərəkətlərindən üstün edən özəlliyi sizi tərlətmədən, çətinliyə salmadan, yumşaq hərəkətlərlə enerjinizi yüksəltməsidir.
Dəvə pozası kimi arxaya əyilmə hərəkəti ürəyi açan və enerjinizi artıran bir pozadır. Səhərlər yuxudan qalxmaqda çətinlik çəkirsinizsə, bu yoqa hərəkətini edin.
Dizlərinizi omba genişliyində açaraq üzərinə oturun, ayaq barmaqlarınız arxada bükülü olsun. Sinənizi irəliyə verin. Əllərinizlə ayaq barmaqlarınızı tutun. Başınızı yuxarıda saxlaya bilər, ya da aşağıya doğru sallaya bilərsiniz. 30-60 saniyə bu vəziyyətdə qalın.
Göyərçin pozası omba əzələlərini açır
Əgər fikriniz dağınıqdırsa, bir şeylər düşünürsünüzsə, bu, bədəninizə təsir edəcək. Enerji tıxanması özəlliklə omba bölgəsinə təsir edir. Bu poza üçün əvvəlcə əlləriniz və dizlərinizin üzərində durun. Sağ ayağınızı önə uzadın. Sol ayağınızı arxaya doğru bükün. Diqqətli bir şəkildə ayağınız üzərinə uzanıb hər ayağın üzərində 2 dəqiqə qalın.
Ayaqları uzatma
Bədəni tərsinə çevirən hərəkətlər enerjini tənzimləyə faydalıdır. Bu hərəkət sakitləşmənizə yardım edəcək. Çox düşüncəli olduğunuz anlarda uzanıb ayaqlarınız divarda havaya qaldırın.