Türkmənistan səfirliyinin nümayəndəsi ADNSU-da

Aprelin 20-də Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Batyr Rejepov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub və burada təhsil alan türkmənistanlı tələbələrlə görüşüb.

Tədbir ADNSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Yaşar Həsənovun iştirakı ilə baş tutub. Türkmənistan Respublikasının müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbirdə çoxsaylı türkmənli tələbələr iştirak ediblər. B.Rəjəpov tələbələrlə görüşdə Türkmənistanın müstəqillik tarixinə, keçdiyi inkişaf yoluna, dövlətin xarici siyasət kursu, sülhün, əminəmanlığın qorunub saxlanılması istiqamətində dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən həyata keçirilən xarici siyassət və bunun ölkəyə gətirdiyi uğurlardan, ayrı-ayrı ölkələrlə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Türkmənistanla Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini qeyd edən B.Rejepov gələcəkdə uğurlu nəticələr əldə etmələri üçün türkmən gənclərə təhsillərində diqqətli olmağı tövsiyə edib və onlara uğurlar diləyib. Sonda tələbələrin suallarıı cavablandırılıb və xatirə şəkili çəkdirilib.
ADNSU MX
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00