SAM-ın aparıcı elmi işçisi ABŞ-a gedir
O, Azərbaycan qazının yeni geosiyasi mühitdə yeni regional imkarları” mövzusunda məruzə edəcək
20 Aprel 2016 17:20 SosialAprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva Harvard Universitetinin Kennedi məktəbinin Mossavar-Rahmani Mərkəzində "Azərbaycan qazının yeni geosiyasi mühitdə yeni regional imkanları" mövzusunda məruzə oxumaq üçün Boston şəhərinə səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Gülmira Rzayeva 27 aprel 2016-ci il tarixində nüfuzlu beyin mərkəzi "The Jamestown Foundation" tərəfindən təşkil olunacaq "Qara Dəniz və Cənubi Qafqazda enerji və geosiyasət - hazırki vəziyyət" adlı konfransda "Azərbaycanın qaz hasilatı və ixrac potensialı" mövzusunda məruzə ilə çıxış edəcək. Daha sonra G.Rzayeva ABŞ-ın nüfuzlu beyin mərkəzi "Atlantic Council" tərəfindən təşkil olunacaq "ABŞ maye qaz ixracatı və Avropanın enerji təhlükəsizliyi" adlı konfransda "Enerji infrastrukturu və təchizatın diversifikasiyasında mövcud çağırışlar" mövzusu ilə çıxış edəcək.