Azərbaycan Almatıda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2016" beynəlxalq turizm sərgisində təmsil olunur. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, habelə "Millennium Tourism & Congress DMC", "Falcon Travel", "The Tour", "Billur tour", "Geo travel" və "Flame Tour" turizm şirkətlərinin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin əməkdaşları daxildir. Bununla yanaşı, sərgidə "Çinar Hotel & SPA Naftalan" mehmanxanası ayrıca stenddə təmsil olunur. Sərgidə 46 kv.m-lik sahədə ölkəmizin turizm imkanlarını əks etdirən xüsusi stend quraşdırılmışdır. Stendimizə baş çəkən qonaqlara Azərbaycan turizmini təbliğ edən ingilis və rus dillərində reklam-çap məhsulları təqdim olunur.
Qeyd edirik ki, 2015-ci il ərzində Qazaxıstandan ölkəmizə 27 mindən çox turist səfər edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00