Belarusla turizm sahəsində əlaqələr inkişaf edtdirilir

Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək İctimai Birliyininn təşkilatçılığı ilə Azərbaycan turoperator və sağlamlıq turizmi təşkilatlarının nümayəndələrindən ibarət bir qrup Belarusda işgüzar infotur proqramında iştirak edib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, səfər Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikası Prezidenti İşlər İdarəsi yanında "Çentr Kurort" idarəsinin rəsmi dəstəyi ilə baş tutub. Səfər zamanı Belarusun turopratorları və sanatoriya nümayəndələri ilə bir sıra görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri və eyni zamanda ikitərəfli turist mübadiləsi müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00