“Neft Daşları” yatağında daha bir quyu istismara verilib
20 Aprel 2016 16:43 Sosial"Neft Daşları" yatağındakı 418 saylı estakadayanı meydançadan 2618 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1122-1119 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00